
Məsləhətli App #7: 'Maps.me' - Offlayn xəritə və naviqator tətbiq (İCMAL)
Demək olar ki, hər kəs mobil cihazında xəritə tətbiqlərindən istifadə edir. Bu tətbiqlərdən ən məşhuru və ən çox istifadə ediləni Google Maps-dir. Amma lazımlı anda internet bağlantısının olmaması və ya xəritə tətbiqlərinin internetdən həddən artıq çox istifadə etməsi onlardan istifadəni əlverişsiz edir. Bu xəbərdə sizlərə az öncə qeyd etdiyimiz problemləri yaşamayacağınız offlayn xəritə və naviqator tətbiq Maps.me-ni təqdim edirik.

Maps.me nədir və bizə hansı imkanlar təqdim edir?
Maps.me dünya miqyasında GPS, xəritə, səyahət bələdçisi və yol tərifi təqdim edən mobil tətbiqdir. Xəritə üzərində restoranlar, alış-veriş mərkəzləri, əyləncə mərkəzləri, xəstəxanalar, banklar, yanacaq doldurma məntəqələri, turistik ziyarət mərkəzləri və bu kimi digər önəmli obyektləri asanlıqla tapa bilərsiniz. Maps.me ödənişsiz və internet olmadan da istifadə edə biləcəyiniz ən uğurlu xəritə tətbiqlərindən biri, hətta birincisidir.
Tətbiqdən istifadə isə olduqca rahatdır. Hal-hazırda olduğunuz və ya səyahət etmək istədiyiniz ərazinin xəritəsini yükləyərək daha sonra internet olmadan da o ərazilərdə "gəzə" bilirsiniz. Aşağıda Maps.me-nin təqdim etdiyi əsas imkanlar ilə tanış ola bilərsiniz.
- Offlayn xəritə
- Naviqasiya sistemi (Türk dili də daxil olmaqla 26 fərqli dil)
- Əsas obyektlərin aydın təsviri (2D, 3D)
- Azərbaycanın və ölkənin böyük şəhərlərinin xəritə dəstəyi
- İşıqfor və radarların yerinin bildirilməsi (bəzi ərazilərdə)
Maps.me yüksək inkişaf sürətinə malikdir və tətbiqin regionlar üzrə xəritə dəstəyi günü-gündən artır. Onu da qeyd edək ki, axtardığınız obyekt xəritədə mövcud deyilsə onu manual şəkildə özünüz əlavə edə bilərsiniz. Əlavə etdiyiniz obyekti bütün istifadəçilərin görməsini istəyirsinizsə tətbiqdə qeydiyyatdan keçməyiniz məcburidir.
Sonda bir nüansı da qeyd edək ki, Maps.me üçün əsas rəqib sayılan Google Maps tətbiqi App Store-da "Azərbaycan mağazası" üçün hələ ki, istifadəyə verilməyib. iOS cihazlarda qurlaşdırılan xəritə tətbiqinin də geniş imkanlar təqdim etməməsi iPhone və iPad sahibləri üçün Maps.me-dən istifadəni vacib edir.
Offlayn xəritə və naviqator tətbiq olan Maps.me-ni Google Play və App Store-dan ödənişsiz olaraq yükləyib, bütün bu özəlliklərdən faydalana bilərsiniz.
Məsləhətli App #1: 'Cambly' - Seçilmiş müəllimlər ilə onlayn xarici dil öyrənmək platforması (İCMAL)
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...