Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

Əməliyyat sistemləri
06.06.2023 PAYLAŞIM

    iOS 17iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u da təqdim edib. Təqdim edilmiş watchOS 10-da çoxlu sayda kosmetik yeniliklər və smart saatların fuksionallıqlarını yaxılaşdırmaq üçün nəzərdə tutulmuş bir sıra yeniliklər reallaşdırılıb. Bununla yanaşı tərtibatçılara Apple Watch modelləri üçün tətbiqlərin yaradılması məsələsində daha geniş imkanlar təqdim edilib. WatchOS 10-da reallaşdırılmış əsas kosmetik dəyişiklik tətbiqlərin yeni dizaynlarıdır. Bundan sonra smart saatların ekranları daha çox məlumatı əks etdirə biləcəklər. Bəzi sistem tətbiqlərinin ikonları isə tamamilə dəyişilib.


    Bununla yanaşı watchOS 10-a iki yeni siferblat da əlavə edilib. Onlardan biri rəngli, digəri isə interaktivdir. Şirkət watchOS 10-da vidjetlərin qruplaşması funksiyasını yaxşılaşdırıb. Belə ki, bundan sonra bu funksiya zamana və istifadəçinin geolokasiya məlumatına adaptasiya ediləcək. Bunun sayəsində istifadəçiyə müxtəlif tətbiqlərdən ən aktual məlumatlar sərgilənəcək. Məsələn istifadəçi hava limanına yaxınlaşan zaman Wallet tətbiqi istifadəçinin təyyarəyə minmə biletlərini əks etdirəcək.

    Velosiped sürməyi sevənlər velosipedin pedallarının fırlanma sayını və digər göstəricilərini ölçə bilən Bluetooth cihazları bundan sonra Apple Watch-a qoşa biləcəklər. Piyada şəkildə hərəkət etməyi sevənlər üçün də maraqlı bir yenilik reallaşdırılıb. Belə ki, bundan sonra watchOS 10-dakı Compas tətbiqi sonuncu dəfə mobil şəbəkənin aktiv olduğu ərazini yadında saxlaya biləcək. Fövqəladə vəziyyətdə istifadəçi bu məlumatdan istifadə edərək əraziyə geri qayıda və mobil şəbəkədən istifadə edərək yardım çağıra bilər.

    İstifadəçilərin gözlərinin sağlam şəkildə qalmalarını təmin etmək üçün watchOS 10 istifadəçiyə təmiz havaya çıxmağı məsləhət görəcək və həmçinin istifadəçinin aldığı təbii işıq miqdarını ölçə biləcək. Fiziki sağlamlıq ilə yanaşı yeni əməliyyat sistemi həmçinin psixoloji sağlamlığı da monitorinq etməyi öyrənib. Belə ki, bundan sonra istifadəçi öz əhval ruhiyyəsi və fikirləri ilə bağlı qeydləri apara və onun emosional vəziyyətini təyin edəcək qısa testlərdən keçə biləcək.

    Şirkət tərtibatçılara idman məşqləri tətbiqləri üçün nəzərdə tutulmuş yeni API təqdim edib. Belə ki, watchOS 10 vasitəsilə Apple Watch smart saatlarının sensorları istifadəçilərin səhhətləri barəsində daha çox məlumatı əldə edə biləcəklər. Bunun sayəsində isə tərtibatçılar daha müxtəlif fitnes tətbiqlər yarada biləcəklər. WatchOS 10-un ictimai beta testinə gələn ay start veriləcək. Sentyabr ayında isə onun stabil versiyası Apple Watch Series 4 və ondan sonra satışa çıxmış bütün Apple Watch modelləri üçün istifadəyə veriləcək.



DAHA ÇOX


Microsoft Windows 12-nin veb versiyası üzərində çalışır

Microsoft şirkətinə yaxın olan mənbələrin verdikləri məlumata əsasən Microsoft Windows 12 əməliyyat ..


Samsung Galaxy A53 üçün OneUI 6-nın beta versiyası istifadəyə verilib

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin test proqramını genişləndirib...


Samsung Galaxy S23 smartfonları üçün OneUI 6-nın 5-ci beta versiyası istifadəyə ..

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysini aktual flaqman smartfonlarında t..


Paint-ə süni zəka vasitəsilə fotoların tərtib edilməsi funksiyası əlavə edilib..

Microsoft şirkəti bir neçə gün bundan öncə Windows 11 üçün Windows 11 2023 Update yenilənməsini isti..


MacOS Sonoma əməliyyat sisteminin stabil versiyası istifadəyə verilib

4 ay ərzində olmuş test mərhələsindən sonra Apple şirkəti macOS Sonoma əməliyyat sisteminin stabil v..


Xiaomi 6 smartfonu üçün yeni MIUI versiyalarının hazırlanmasını dayandırıb..

Xiaomi şirkəti 6 ədəd smartfon modeli üçün MIUI-nin yeni versiyalarının hazırlanmasını dayandırdığın..

×