Logo
    main-post-cover

    Bu ayın sonuna kimi Honor GT seriyasının performanslı smartfonu təqdim olunacaq

    Cihazlar+
    04.12.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Honor şirkəti artıq təqdim edilmiş Honor 300 smartfonlarından əlavə olaraq bu ilin sonuna kimi daha bir performanslı smartfonunu təqdim etməyə hədəflənib. İnsayderin sözlərinə əsasən təqdim olunacaq yeni performanslı smartfon Honor GT seriyasına daxil olacaq və o, flaqman Snapdragon prosessoru vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, Honor-un bu yeni smartfonu 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və özündə Snapdragon 8 Gen 3 prosessorunu birləşdirəcək.
         Üstəlik smartfon 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Smartfon barəsində digər bir məlumat hələ yoxdur. Lakin güman etmək olar ki, bu, nisbətən aşağı satış qiymətinə sahib olacaq və ilk növbədə mobil oyun həvəskarlarına hədəflənəcək bir smartfon olacaq. Qeyd etmək lazımdır ki, şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, GT seriyası gənc istifadəçilərə istiqamətlənmiş ayrıca müstəqil cihaz seriyasına çevrilib. Lakin onun POCO REDMI kimi ayrıca subbrend olub-olmayacağı hələ bilinmir.
    Paylaş