
Büdcəli OPPO Pad Air 2 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.05.2024
Emil
OPPO şirkəti OPPO Reno 12 smartfon seriyası ilə yanaşı həmçinin OPPO Pad Air 2 planşetini də təqdim edib. Bu büdcəli planşet böyük ölçülü ekranı, MediaTek prosessorunu və Dolby Atmos dəstəkli audio sistemi əldə edib. Beləliklə OPPO Pad Air 2 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2408х1720 piksel keyfiyyətli 11.4 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Bununla yanaşı planşet Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndirici ilə təchiz olunub.

Bunun sayəsində OPPO Pad Air 2-də həcmli səslənmə təmin olunur. Planşet MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda planşet 8 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 35 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareyaya sahibdir. OPPO Pad Air 2 qutudan Android 13 vasitəsilə çalışır. Planşetin satış qiymətləri aşağıdakı kimidir.
- 6 GB RAM + 128 GB yaddaş - 182$
- 8 GB RAM + 128 GB yaddaş - 210$
- 6 GB RAM + 256 GB yaddaş - 239$.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
