
Google 3 ədəd Pixel smartfonunun satışlarını dayandırıb
Cihazlar+
14.08.2024
Emil
Google şirkəti Pixel 9 smartfon seriyasını təqdim etdi. Yeni seriyaya 4 model daxil oldu. Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold. Məlum olub ki, yeni smartfonları təqdim etməklə şirkət həmçinin köhnə Pixel modellərinin satışlarını dayandırıb. Söhbət, Pixel 7, Pixel 7 Pro və keçən il təqdim edilmiş qatlana bilən Pixel Fold-dan gedir. Pixel 7 və Pixel 7 Pro modellərinin satışlarının dayandırılması gözlənilən olduğu halda keçən ilki Pixel Fold-un satışlarının dayandırılması səbəbi aydın deyil.
Bəzilərinin fikirlərinə əsasən Google sadəcə olaraq öz ilk qatlana bilən smartfonundan o qədər də razı qalmayıb. Bununla belə Pixel 7 smartfonlarından müəyyən müddət sonra təqdim edilmiş büdcəli Pixel 7a smartfonu hələ də satışda olaraq qalır. Ümumilikdə isə hal-hazırda Google şirkətinin online mağazasında Pixel 7a ilə yanaşı Pixel 8 smartfon seriyası (Pixel 8a daxil), Pixel 9 smartfon seriyası və qatlana bilən Pixel 9 Pro Fold satışdadırlar.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Fotoların süni zəka vasitəsilə tərtibatı üçün nəzərdə tutulmuş Pixel Studio tətbiqi təqdim edilib
Google şirkəti Pixel 9 smartfonlarında süni zəka əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş yeni tətbiqini anons edib.

Cihazlar+
Google Pixel Buds Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Google şirkətinin Made by Google tədbiri çərçivəsində təqdim etmiş olduğu daha bir məhsul Pixel Buds Pro 2 adlı yeni naqilsiz qulaqlıq olub.

Cihazlar+
Google Pixel Watch 3 smart saatı təqdim edilib - QİYMƏTİ
Google şirkəti Made by Google tədbiri çərçivəsində yeni smartfonları ilə yanaşı yeni smart saatını da təqdim edib. Söhbət, Google Pixel Watch 3-dən gedir.

Cihazlar+
Qatlana bilən Google Pixel 9 Pro Fold təqdim olunub - QİYMƏTİ
Google şirkəti Made by Google tədbiri çərçivəsində Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL smartfonları ilə yanaşı yeni qatlana bilən smartfonunu da təqdim edib.

Cihazlar+
Google Pixel 9, Pixel 9 Pro və Pixel 9 Pro XL smartfonları təqdim edilib - QİYMƏTİ
Google şirkəti keçirtmiş olduğu Made by Google tədbiri çərçivəsində yeni cihazlarını təqdim edib. Tədbir çərçivəsində əsas diqqət isə Pixel 9 smartfon seriyasına ayrılıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
