main-post-cover

    Google Pixel 9a-nın ilk real fotoları təqdim edilib

    Cihazlar+
    26.08.2024
    Emil Nəcəfov
         Google şirkəti bu ayın ortasında Pixel 9 smartfonlarını təqdim etdi. Pixel 9 smartfon seriyasına adi Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL modelləri və qatlana bilən Pixel 9 Pro Fold daxil oldular. İndi isə insayderlər Pixel 9a smartfonunun ilk real fotolarını təqdim ediblər. Sözügedən fotolar Pixel smartfonlarının pərəstişkarlarının qapalı qrupunda aşkar edilib. Çox güman ki, fotolar Google əməkdaşlarından biri tərəfindən həmin qrupda paylaşılıb. Beləliklə təqdim edilmiş real fotolara əsasən Pixel 9a smartfonu yastı gövdəni əldə edəcək.
         Onun arxa panelində iki ədəd kamera yerləşəcək. Lakin digər Pixel 9 modellərindən fərqli olaraq Pixel 9a-da kamera sahəsi gövdənin səthi üzərində hündürlüyə sahib olmayacaq. Pixel 9a-nın texniki imkanları barəsində məlumat yoxdur. Sadəcə güman etmək olar ki, bu yeni smartfon Tensor G4 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı çox güman ki, smartfon özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı birləşdirəcək və qutudan Android 15-i əldə edəcək. Pixel 9a çox güman ki, gələn ilin yaz fəslində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Chrome, artıq icazəsiz istifadəçi məlumatlarını toplaya bilməyəcək!
    chrome-artiq-icazesiz-istifadeci-melumatlarini-toplaya-bilmeyecek
    Google 3 ədəd Pixel smartfonunun satışlarını dayandırıb
    google-3-eded-pixel-smartfonunun-satislarini-dayandirib
    Fotoların süni zəka vasitəsilə tərtibatı üçün nəzərdə tutulmuş Pixel Studio tətbiqi təqdim edilib
    fotolarin-suni-zeka-vasitesile-tertibati-ucun-nezerde-tutulmus-pixel-studio-tetbiqi-teqdim-edilib
    Google Pixel Buds Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    google-pixel-buds-pro-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Google Pixel Watch 3 smart saatı təqdim edilib - QİYMƏTİ
    google-pixel-watch-3-smart-saati-teqdim-edilib-qiymeti