main-post-cover

    Honor 200 Pro smartfonunun render fotoları ortaya çıxıblar

    Cihazlar+
    13.05.2024
    Emil Nəcəfov
         Honor şirkəti keçən ayın sonunda Honor 200 Lite smartfonunu təqdim etdi. Bu, Honor 200 smartfon seriyasının ilk modelidir. İndi isə şirkət Honor 200 və Honor 200 Pro modellərini təqdim etməyə hazırlaşır. Bu smartfonların təqdimatları hələ rəsmi şəkildə anons edilməsə də internetdə Honor 200 Pro modelinin keyfiyyətli render fotoları ortaya çıxıblar. Render fotolarda əks olunmuş Honor 200 Pro xarici görünüşcə keçən ilki Honor 100 Pro-nu xatırladır.
         Yəni Honor 100 Pro kimi Honor 200 Pro-nun da arxa paneli vizual səviyyədə iki hissəyə ayrılacaq və hissələrdən biri süni dəri ilə örtülmüş olacaq. Fotolardan da görmək olar ki, Honor 200 Pro-nun arxa panelində üç ədəd kamera obyektivi yerləşəcək. Bununla belə əsas arxa kamera f/1.9-f/2.4 dəyişkən diafraqmaya və 50 qat zoom özəlliyinə sahib olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən Honor 200 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru, adi Honor 200 smartfonu isə Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Honor 200 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 200 smartfonlarının hansı prosessorlara və hansı gücdə sürətli şarj texnologiyasına sahib olacaqları məlum olub
    honor-200-smartfonlarinin-hansi-prosessorlara-ve-hansi-gucde-suretli-sarj-texnologiyasina-sahib-olacaqlari-melum-olub
    HONOR Magic6 Pro Azərbaycanda satışa çıxır!
    honor-magic6-pro-azerbaycanda-satisa-cixir
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Honor Pad 9 Pro planşeti təqdim edilib - QİYMƏTİ
    honor-pad-9-pro-planseti-teqdim-edilib-qiymeti
    Honor 200 Lite smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-200-lite-smartfonu-teqdim-edilib-qiymeti