main-post-cover

    Honor 200 və Honor 200 Pro-nun hansı prosessorları əldə edəcəkləri açıqlanıb

    Cihazlar+
    22.05.2024
    Emil Nəcəfov
         Honor şirkəti keçən ay Honor 200 smartfon seriyasının Honor 200 Lite adlı ilk modelini təqdim etmişdi. İndi isə şirkət sözügedən smartfon seriyasının digər modellərini təqdim etməyə hazırlaşır. Söhbət, adi Honor 200 ilə Honor 200 Pro-dan gedir. Artıq məlumdur ki, bu smartfonlar 27 may tarixində təqdim olunacaqlar. İndi isə insayderlər Honor 200 və Honor 200 Pro-nun hansı prosessorları əldə edəcəklərini açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Honor 200 modeli Snapdragon 7 Gen 3 Enhanced Version prosessoru, Honor 200 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
         Snapdragon 7 Gen 3 Enhanced Version prosessoru dedikdə çox güman ki, söhbət, Snapdragon 7+ Gen 3-dən gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Honor 100 smartfonu Snapdragon 7 Gen 3 prosessoru, Honor 100 Pro smartfonu isə Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır. Üstəlik son məlumatlara əsasən Honor 200 smartfonları kənarları əyilmiş dizaynda hazırlanmış OLED ekranı, 50 MP-lik əsas arxa kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareyanı əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 200 və Honor 200 Pro smartfonlarının xarici görünüşləri rəsmi şəkildə sərgilənib
    honor-200-ve-honor-200-pro-smartfonlarinin-xarici-gorunusleri-resmi-sekilde-sergilenib
    Honor 200 Pro smartfonunun render fotoları ortaya çıxıblar
    honor-200-pro-smartfonunun-render-fotolari-ortaya-cixiblar
    Honor 200 smartfonlarının hansı prosessorlara və hansı gücdə sürətli şarj texnologiyasına sahib olacaqları məlum olub
    honor-200-smartfonlarinin-hansi-prosessorlara-ve-hansi-gucde-suretli-sarj-texnologiyasina-sahib-olacaqlari-melum-olub
    HONOR Magic6 Pro Azərbaycanda satışa çıxır!
    honor-magic6-pro-azerbaycanda-satisa-cixir
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib