
Honor EarBuds X8 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
03.12.2024
Emil
Honor şirkəti Honor 300 smartfonları ilə yanaşı yeni naqilsiz qulaqlığını da təqdim edib. Söhbət, Honor EarBuds X8-dən gedir. Beləliklə qulaqlıqlardan hər biri 10 mm-lik audio drayver ilə təchiz olunub. Qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib deyillər. Lakin telefon zəngləri üçün bu cür funksiya reallaşdırılıb və o, süni zəka əsasında çalışır. Qulaqlıqların müxtəlif cihazlara qoşulmaları Bluetooth 5.3 üzərindən reallaşdırılır. Üstəlik qulaqlıqların gövdələri IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 9 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində bu göstərici 40 saat təşkil edir. Bundan əlavə olaraq Honor EarBuds X8 sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Bunun sayəsində 10 dəqiqəlik şarj prosesi qulaqlıqların 3 saat çalışmalarına imkan verir. Honor-un bu yeni naqilsiz qulaqlığı Çində 41$-a satışa çıxıb.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
