
Honor gələn il Honot GT Pro smartfonunu təqdim edə bilər
Cihazlar+
25.12.2024
Emil
Honor şirkəti 16 dekabr tarixində Çində Honor GT adlı yeni smartfonunu təqdim etdi. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən indi isə Honor şirkəti onun Pro versiyasını hazırlayır. İnsayder bildirib ki, şirkət Honor GT Pro-nu 2025-ci ildə təqdim etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, Pro versiya 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.
Müqayisə üçün qeyd etmək lazımdır ki, 16 dekabr tarixində təqdim edilmiş adi Honor GT modeli Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır. Bununla yanaşı insayder əlavə edib ki, oktyabr ayında təqdim edilmiş Honor Magic 7 seriyasına daha bir model daxil ola bilər. Söhbət, Honor Magic 7 Ultra-dan gedir. Lakin çox güman ki, şirkət belə smartfonu satışa çıxarıb-çıxarmamaqda hələ yekun bir qərar verməyib.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
