
Honor GT Pro-nun təqdimatı rəsmi şəkildə anons edilib
Cihazlar+
16.04.2025
Emil
Honor şirkəti keçən ilin dekabr ayının ortasında Honor GT smartfonunu təqdim etmişdi. İndi isə şirkət Honor GT Pro smartfonunu təqdim etməyə hazırlaşır. Belə ki, Honor bu yeni smartfonun təqdimatını rəsmi şəkildə anons edib. Şirkət tərəfindən təqdiş edilmiş posterə əsasən Honor GT Pro smartfonu 23 aprel tarixində Çində təqdim ediləcək. Bununla yanaşı posterdə smartfonun arxa paneli də əks olunub. Görmək olar ki, Honor GT Pro-nun arxa panel dizaynı adi Honor GT-nin arxa panel dizaynından fərqlənəcək və bu fərqlilik məhz kamera sahəsini əhatə edəcək. Lakin adi Honor GT kimi Honor GT Pro da yastı gövdə dizaynını əldə edəcək. Fotolara əsasən yeni smartfon özündə dördlü arxa kameranı birləşdirəcək. Honor GT Pro-nun texniki imkanları barəsində məlumat olmasa da, gözləntilərə əsasən o, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
