
Honor GT seriyasının təqdimata hazırlaşan yeni smartfonunun ilk tizer posteri təqdim edilib
Cihazlar+
09.12.2024
Emil
Honor şirkəti bir neçə müddət bundan öncə Çində Honor 300 smartfon seriyasını təqdim etdi. İndi isə şirkət daha bir yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Honor GT seriyasının yeni smartfonundan gedir. Şirkət Honor GT seriyasının yeni smartfonunun tizer posterini artıq təqdim edib. Smartfon bu ayın sonuna kimi Çində təqdim olunacaq. Təqdim edilmiş tizer posterdən də görmək olar ki, yeni Honor GT smartfonunun arxa panelində düzbucaqlı formasında kamera sahəsi yerləşəcək. Kamera sahəsinin aşağı sağ hissəsində GT yazısını görmək olar. Gözləntilərə əsasən bu yeni smartfon performanslı smartfonlar siyahısına daxil olacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfonun 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi güman edilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
