
Honor şirkəti Porsche Design komandası ilə birgə hazırladığı növbəti smartfonunun təqdimatını anons edib
Cihazlar+
15.02.2024
Emil
Honor şirkəti keçən ay qatlana bilən Honor Magic V2 smartfonunun RSR Porsche Design adlı xüsusi versiyasını təqdim etdi. Sözügedən xüsusi versiyanın dizaynı Porsche Design komandası ilə birgə hazırlanıb. İndi isə Honor şirkəti MWC 2024 sərgisinə az müddət qalmış Porsche Design komandası ilə birgə hazırlanmış daha bir smartfonunu anons edib. Söhbət, Honor Magic 6 Pro RSR Porsche Design adlı smartfondan gedir. Artıq indidən güman etmək olar ki, Honor Magic 6 Pro RSR Porsche Design modeli xarici görünüşcə adi Honor Magic 6 Pro-dan bir qədər fərqlənəcək. Honor Magic 6 Pro RSR Porsche Design modeli MWC 2024 sərgisi çərçivəsində Honor Magic 6 və Magic 6 Pro-nun qlobal versiyaları ilə birgə sərgilənəcək.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
