
Honor Tablet GT2 Pro planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
15.07.2025
Emil
Honor şirkəti orta büdcəli Honor X70 5G smartfonundan əlavə olaraq Honor Tablet GT2 Pro adlı yeni planşetini də təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı, flaqman Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə bu yeni planşet 165 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Planşet özündə 8 ədəd səsgücləndiricini birləşdirir.

Cihazın gövdə qalınlığı 5.8 mm, çəkisi isə 580 qram təşkil edir. Planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Şirkət Honor Tablet GT2 Pro-nun kamera göstəriciləri barəsində heç bir məlumat verməyib. Lakin məlumdur ki, planşet 66 vatt gücündə sürətli şarj texnologiyalı 10 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Tablet GT2 Pro 28 iyul tarixində satışa çıxacaq və onun qiyməti 348$-dan start götürəcək. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
