Logo
    main-post-cover

    Huawei Enjoy 60X təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.04.2023
    Emil
        Huawei şirkəti nova 11 smartfon seriyası ilə birlikdə Enjoy 60X smartfonunu da təqdim edib. Təqdim edilmiş Enjoy 60X-in əsas fərqləndirici özəllikləri arasında böyük ölçülü ekran və 7000 mAh enerji tutumlu batareya var. Ümumilikdə xarici görünüşcə Enjoy 60X modeli Huawei Mate 50-ni xatırladır. Yeni smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 2376x1080 piksel keyfiyyətli 6.95 düym IPS ekran ilə təchiz olunub. Ekran üzərində böyük ölçülü çıxıntı yerləşdirilib.
        Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı Enjoy 60X özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 680 prosessoru, 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon artıq satışa çıxıb və ilk növbədə Çində satılacaq. Onun Çindəki satış qiyməti isə 262$-dan başlayır.
    Paylaş
    Bənzər xəbərlər