Motorola şirkəti Moto Edge S30 adlı növbəti flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

Motorola şirkəti Moto Edge S30 adlı növbəti flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
10.12.2021 PAYLAŞIM

    Dünən Motorola şirkəti Moto Edge X30-dan əlavə olaraq daha bir flaqman smartfonunu təqdim etdi. Söhbət, Moto Edge S30 modelindən gedir. Sözügedən smartfon yüksək göstəricili təsvir yenilənməsinə sahib ekrandan əlavə olaraq böyük həcmli batareya və 108 MP-lik kamera ilə təchiz olunub. Beləliklə Moto Edge S30 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.


    Əsas texniki göstəricilərə gəldikdə Moto Edge S30 modeli Snapdragon 888+ prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 13 MP (120 dərəcə bucaq təsviri) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunur və bununla yanaşı smartfon özündə NFC texnologiyasını birləşdirir. Smartfon 21 dekabr tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:

- 6 GB RAM + 128 GB yaddaş - 282$

- 8 GB RAM + 128 GB yaddaş - 314$

- 8 GB RAM + 256 GB yaddaş - 345$

- 12 GB RAM + 256 GB yaddaş - 376$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Motorola brendi 200 MP-lik kameraya sahib Frontier kod adlı yeni flaqman smartfo..

Dekabr ayında Motorola brendi Moto Edge X30 adlı flaqman smartfon modelini təqdim etmişdi.


Google şirkətinin ilk qatlana bilən smartfonunun sxematik animasiyası ortaya çıx..

Google şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb.


iPhone 14 Pro modellərinin ekranları fərqli ölçülərə sahib iki ədəd çıxıntı ilə ..

Apple şirkətinin öz növbəti iPhone modellərinin ekranları üzərlərindəki ənənəvi çıxıntı hissədən imt..


Qatlana bilən Xiaomi Mix Fold 2 barəsində ilk məlumatlar verilib

Keçən il Xiaomi şirkəti özünün Mix Fold adlı ilk qatlana bilən smartfon modelini təqdim etmişdi. ..


Motorola brendi Xiaomi Mi Mix Alpha tərzində olacaq smartfon üzərində çalışır..

2019-cu ildə təqdim edilmiş konseptual Xiaomi Mi Mix Alpha smartfonu, bütün gövdəsi ekran ilə əhatə ..


Xiaomi Black Shark 5 gamer smartfonunun bəzi texniki özəllikləri barəsində məlum..

Dünən məlumat ortaya çıxmışdı ki, Çinin ən böyük şirkətlərindən biri olan Tencent Xiaomi-nin Black S..

×