Logo
    main-post-cover

    OPPO yeni büdcəli smartfonu olacaq OPPO K12-nin təqdimatına hazırlaşır

    Cihazlar+
    23.01.2024
         Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən OPPO şirkəti yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, keçən ilki OPPO K11-in davamçısı olacaq OPPO K12-dən gedir. İnsayderin sözlərinə əsasən OPPO K12 smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə yüksək təsvir yenilənməsinə sahib AMOLED ekranı və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. OPPO K12-nin nə zaman təqdim olunacağı barəsində məlumat verilməyib. Ola bilsin ki, smartfon yaz fəslində təqdim olunsun.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OPPO yeni büdcəli smartfonu olacaq OPPO K12-nin təqdimatına hazırlaşır | Technote