
Orta səviyyəli Honor Pad GT planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.04.2025
Emil
Honor şirkəti Honor GT Pro flaqman smartfonu ilə kifayətlənməyərək həmçinin orta səviyyəli yeni planşetini də təqdim edib. Söhbət, Honor Pad GT-dən gedir. Bu yeni planşet böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib. Beləliklə Honor Pad GT planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 11.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Planşet özündə 8 ədəd səsgücləndiricini birləşdirir.

Planşet MediaTek Dimensity 8350 Extreme Edition prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Pad GT özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 66 vatt gücündə sürətli şarj texnologiyalı 10 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Pad GT artıq Çində satışa çıxıb və onun qiyməti 265$-dan start götürür. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: Gizmochina
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
