
Qatlana bilən qapaqlı OPPO Find N3 Flip-in təqdimat tarixi məlum olub
Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti Find N3 Flip adlı qatlana bilən qapaqlı smartfon üzərində çalışır. Bir neçə gün bundan öncə sözügedən yeni smartfonun sxematik fotosu və bəzi texniki göstəriciləri ortaya çıxdı. İndi isə insayderlər OPPO Find N3 Flip-in nə zaman təqdim olunacağı barəsində məlumatı təqdim ediblər. Təqdim edilmiş məlumata əsasən smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, insayderlərin sözlərinə əsasən OPPO Find N3 Flip 29 avqust tarixində təqdim ediləcək. Əgər bu məlumat həqiqətə uyğundursa, deməli şirkət yaxın günlərdə smartfonun tizer fotolarını təqdim etməyə başlamalıdır.
Paylaş
Bənzər xəbərlər