
Qlobal bazarda OnePlus 12, OnePlus 12R və OnePlus Buds 3 təqdim edilib - QİYMƏTİ
Cihazlar+
24.01.2024
Emil
OnePlus şirkəti artıq müəyyən müddətdir ki, Çində satılan məhsullarının qlobal versiyalarını təqdim edib. Söhbət, OnePlus 12, OnePlus 12R smartfonlarından və OnePlus Buds 3 naqilsiz qulaqlığından gedir. Qeyd etmək lazımdır ki, OnePlus 12R smartfonu bu ayın əvvəlində Çində təqdim edilmiş OnePlus Ace 3-ün qlobal versiyasıdır. Şirkətin qlobal bazarda təqdim etmiş olduğu bu cihazlar Çində satılan versiyalardan heç də fərqlənmirlər. Əsas fərq satış qiymətlərindədir.

Beləliklə OnePlus 12-nin qlobal versiyası gələn ayın əvvəlində satışa çıxacaq. Onun 12 GB RAM-a və 256 GB yaddaşa sahib modeli 799$-a, 16 GB RAM-a və 512 GB daxili yaddaşa sahib modeli isə 899$-a satılacaq. OnePlus 12R smartfonuna gəldikdə o, 13 fevral tarixində satışa çıxacaq. Onun 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiyası yalnız ABŞ bazarında satılacaq və qiyməti 499$ təşkil edəcək. OnePlus 12R-in 16 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası isə bütün regionlarda satılacaq və qiyməti 599$ təşkil edəcək. OnePlus Buds 3 naqilsiz qulaqlığının qiyməti 100$-dır.


Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
