main-post-cover

    Redmi brendi artıq Redmi Turbo 4 üzərində çalışmağa başlayıb

    Cihazlar+
    12.08.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi aprel ayının ortasında Redmi Turbo 3 smartfonunu təqdim etmişdi. İndi isə brend onun davamçısı olacaq Redmi Turbo 4 üzərində artıq çalışmağa başlayıb. Belə ki, hazırlanan yeni smartfon 2412DRT0AC model nömrəsi isə IMEI məlumatlar bazasında ortaya çıxıb. Model nömrəsinin sonunda olan C hərfi smartfonun yalnız Çin bazarı üçün nəzərdə tutulacağına işarə edir. Lakin bununla belə Redmi Turbo 3 ilə olduğu Redmi Turbo 4 də qlobal bazarda POCO brendi altında satışa çıxacaq. Çox güman ki, yeni smartfon qlobal bazarda POCO F7 adı ilə satılacaq. Təəssüflər olsun ki, IMEI məlumatlar bazasında Redmi Turbo 4-ün texniki imkanları ilə bağlı məlumatlar əks olunmayıb. Sadəcə güman etmək olar ki, smartfon Snapdragon 8 Gen seriyasına daxil olan prosessorlardan biri vasitəsilə çalışacaq. Redmi Turbo 4-ün gələn il təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO brendi artıq POCO F7 üzərində çalışır
    poco-brendi-artiq-poco-f7-uzerinde-calisir
    Xiaomi öz smartfonları üçün 7500 mAh həcmli batareyaları test edir
    xiaomi-oz-smartfonlari-ucun-7500-mah-hecmli-batareyalari-test-edir
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Gələn ilki Xiaomi 15 Ultra smartfonu 200 MP-lik kameranı əldə edə bilər
    gelen-ilki-xiaomi-15-ultra-smartfonu-200-mp-lik-kamerani-elde-ede-biler
    Redmi Note 14-ün vacib özəlliklərindən biri məlum olub
    redmi-note-14-un-vacib-ozelliklerinden-biri-melum-olub