Logo
    main-post-cover

    Redmi Note 13 Pro+ smartfonunun hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum olub

    Cihazlar+
    11.09.2023
        Xiaomi şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Redmi Note 13 smartfon seriyasına dair ilk tizer posterini təqdim edib. Posterdə Redmi Note 13 Pro+ modeli barəsində məlumatlar əks olunub. Beləliklə posterdəki məlumatlara əsasən Redmi Note 13 Pro+ smartfonu yenicə təqdim edilmiş MediaTek Dimensity 7200 Ultra prosessoru vasitəsilə çalışacaq. Sözügedən smartfon bu yeni prosessoru əldə edəcək ilk smartfon olacaq. Bundan əlavə olaraq Redmi Note 13 Pro+ smartfonu Samsung-un ISOCELL HP3 adlı 200 MP-lik əsas arxa kamerasını əldə edəcək. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfon seriyasının bu ay və ya gələn ay təqdim olunacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi Note 13 Pro+ smartfonunun hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum olub | Technote