Logo
    main-post-cover

    REDMI Turbo 4 Pro-nun dizaynı sərgilənib və təqdimat tarixi elan edilib

    Cihazlar+
    22.04.2025
    Emil
         Xiaomi şirkətinin REDMI brendi təqdimata hazırlaşan REDMI Turbo 4 Pro smartfonunun xarici görünüşünü sərgiləyib və onun təqdimat tarixini rəsmi şəkildə açıqlayıb. Beləliklə REDMI-nin elanına əsasən REDMI Turbo 4 Pro smartfonu 24 aprel tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, adi REDMI Turbo 4 modeli bu ilin yanvar ayında təqdim olunmuşdu. Təqdim edilmiş posterlərdən də görmək olar ki, yeni smartfon xarici görünüşcə ümumilikdə adi REDMI Turbo 4 modelinə bənzəyir. REDMI Turbo 4 Pro özündə yastı gövdə dizaynını və arxa paneldən oval formalı kamera sahəsini birləşdirir. Bundan əlavə olaraq REDMI təsdiqləyib ki, bu yeni smartfon 1.5K keyfiyyətli 6.83 düym ölçülü ekranla təchiz olunub. Ekranın kənar və yuxarı çərçivələrinin qalınlığı 1.5 mm, aşağı çərçivəsinin qalınlığı isə 1.9 mm təşkil edir.
    Mənbə: GSMarena
    Paylaş