
REDMI Turbo 4 Pro-nun yaxın zamanda təqdimatı rəsmi şəkildə elan edilib
Cihazlar+
18.04.2025
Emil
Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI Turbo 4 Pro smartfonunun təqdim olunacağını rəsmi şəkildə təsdiqləyib. Belə ki, brend bu mövzu ilə bağlı rəsmi tizer posterini təqdim edib. Qeyd etmək lazımdır ki, REDMI Turbo 4 smartfonu yanvar ayında təqdim olunmuşdu. Qısa müddət sonra isə məlumat ortaya çıxmışdı ki, REDMI brendi onun Pro versiyası üzərində çalışır. İndi isə bu məlumat rəsmi şəkildə təsdiqlənmiş oldu.

REDMI tərəfindən təqdim edilmiş posterin yuxarı hissəsində qeyd edilmiş məlumata əsasən REDMI Turbo 4 Pro smartfonu 2.5K keyfiyyətli ekranla təchiz olunacaq. Posterin aşağı hissəsində qeyd edilmiş məlumata əsasən isə bu yeni smartfon artıq gələn həftə təqdim olunacaq. Dəqiq təqdimat tarixi çox güman ki, yaxın günlərdə açıqlanacaq. Smartfonun texniki imkanları barəsində rəsmi məlumat olmasa da ehtimal edilir ki, o, Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Apple Çin bazarını itirməyə davam edir
IDC-nin press-relizində qeyd olunduğu kimi, ötən rübdə Çində smartfon seqmenti ümumilikdə 3.3% artaraq 71.6 milyon ədədə çatıb.

Cihazlar+
Xiaomi 4K Monitor A27Ui monitoru təqdim edilib
Xiaomi şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Xiaomi 4K Monitor A27Ui adlanır.

Cihazlar+
Xiaomi MIX Flip 2-nin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi məlum olub
Xiaomi şirkəti yeni qatlana bilən qapaqlı smartfonu MIX Flip 2-ni təqdim etməyə hazırlaşır. Bu barədə məlumat 3C sertifikatlaşdırma bazasında ortaya çıxıb - cihaz 2505APX7BC texniki nömrəsi ilə qeydə alınıb.

Cihazlar+
Büdcəli POCO C71 smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C71-dən gedir. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Büdcəli REDMI A5 4G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi REDMI A5 4G adlı yeni büdcəli smartfonunu təqdim edib. REDMI-nin bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
