
Samsung Galaxy S25 Edge smartfonunun bəzi əsas özəllikləri açıqlanıb
Cihazlar+
10.02.2025
Emil
Keçən ayın sonuna yaxın keçirilmiş Galaxy Unpacked 2025 tədbiri çərçivəsində Samsung şirkət, Galaxy S25 smartfonlarını təqdim etdi və tədbirin sonunda daha nazik gövdə dizaynına malik olan Galaxy S25 Edge smartfonunu anons etdi. Smartfonun rəsmi təqdimatı hələ baş tutmasa da, internetdə bu smartfonun “təsdiqlənmiş” xüsusiyyətlərinə dair bir sıra məlumatlar yayılıb. PandaFlash ləqəbli insayderin məlumatlarına görə, Galaxy S25 Edge smartfonu 12 MP-lik ön kameraya sahib olacaq və onun ekranı ətrafındakı çərçivələrin qalınlığı cəmi 1.32 mm təşkil edəcək.
Ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Cihazın gövdəsi isə Armor Aluminum materialından hazırlanacaq. Yeni model Wi-Fi 7 və Pro Scaler texnologiyasını dəstəkləyəcək. Smartfon bir neçə innovativ komponentlə təchiz ediləcək. Galaxy S25-dən daha nazik olan buxar kamerası sayəsində daha effektiv soyutma və 1 Hz-dən 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib LTPO AMOLED ekran. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək.

Məlumat ötürmək və qoşulma üçün USB Type-C 3.2 portu və Bluetooth 5.4 dəstəyi olacaq. Galaxy S25 Edge 12 GB RAM və UFS 4.0 standartlı daxili yaddaş həcmi ilə təchiz ediləcək. Ən böyük yeniliklərdən biri 200 MP-lik əsas arxa kamera olacaq, hansı ki, böyük ehtimalla Galaxy S25 Ultra modelindən götürülüb. Smartfon həmçinin 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə malik olacaq. Smartfonun dəqiq şəkildə nə zaman satışa çıxacağı barəsində rəsmi məlumat olmasa da, insayderlərin fikirlərinə əsasən bu, aprel ayında baş tuta bilər.
Mənbə: PandaFlashPro
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
