Logo
    main-post-cover

    Samsung rəsmisi nazik gövdəli Galaxy S25 Edge smartfonunun nə zaman satışa çıxa biləcəyini açıqlayıb

    Cihazlar+
    24.01.2025
    Emil
           22 yanvar tarixində baş tutmuş Galaxy Unpacked 2025 tədbiri çərçivəsində Samsung şirkəti Galaxy S25 smartfonlarını təqdim etdi. Söhbət, Galaxy S25, S25+S25 Ultra smartfonlarından gedir. Lakin daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, Galaxy S25 seriyasına 4 ədəd smartfon daxil olacaq və 4-cü smartfon nazik gövdəli Galaxy S25 Slim olacaq. Samsung öz növbəsində Galaxy S25 seriyasının təqdimat tədbirinin sonunda nazik gövdəli smartfonunu anons etdi. Lakin smartfon Galaxy S25 Slim deyil, Galaxy S25 Edge adını əldə etdi. Şirkət bu smartfonu tam şəkildə hələ təqdim etməyib. Yəni onun texniki imkanları və nə zaman satışa çıxacağı məlum deyil.
         İndi isə Samsung-un top menecerlərindən biri nazik gövdəli Galaxy S25 Edge smartfonunun nə zaman satışa çıxa biləcəyini açıqlayıb. Top menecerin sözlərinə əsasən Samsung bu yeni smartfonunu aprel ayında satışa çıxartmağı planlaşdırır. Bunun həqiqətən də belə olub-olmadığı zamanla bilinəcək. Qeyd etmək lazımdır ki, Samsung sözügedən smartfonu Galaxy Unpacked 2025 tədbiri çərçivəsində təqdim etməsə də onu tədbirdən sonra jurnalistlər üçün sərgiləyib. Son məlumat sızıntılarına əsasən bu nazik gövdəli smartfonun gövdə qalınlığı 6.4 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, yenicə təqdim edilmiş adi Galaxy S25 modelinin gövdə qalınlığı 7.2 mm təşkil edir.
    Paylaş