
Sony kompakt ölçülü yeni flaqman Xperia smartfonu üzərində çalışır
Cihazlar+
22.05.2024
Emil
Sony şirkəti keçən həftə Sony Xperia 1 VI flaqman smartfonunu və orta büdcəli Xperia 10 VI smartfonunu təqdim etdi. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən indi də Sony kompakt ölçülü yeni flaqman smartfonu üzərində çalışır. Məlumata əsasən hazırlanan kompakt ölçülü yeni flaqman smartfon Xperia Pro-C adlanacaq. O, 2021-ci ildə təqdim edilmiş Xperia Pro-I-in davamçısı olmalıdır.
İnsayderlərin sözlərinə əsasən Xperia Pro-C smartfonu 2340x1080 piksel keyfiyyətli 6 düym ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 12 GB RAM-ı və 256 GB-dan başlayan daxili yaddaş həcmini birləşdirməlidir. Məlumatda qeyd edilib ki, Xperia Pro-C 50 MP + 12 MP + 12 MP üçlü arxa kameranı və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Sony Xperia Pro-C-nin nə zaman təqdim olunacağı barəsində heç bir məlumat verilməyib.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
