
Təqdimata hazırlaşan REDMI Turbo 4 Pro-nun bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
15.01.2025
Emil
Xiaomi-nin REDMI brendi bu ayın əvvəlində REDMI Turbo 4 smartfonunu təqdim etdi. Lakin bu, REDMI Turbo 4 seriyasının yeganə smartfonu olmayacaq. Belə ki, REDMI brendi REDMI Turbo 4 Pro modelinin təqdimatına hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində REDMI Turbo 4 Pro barəsində təfərrüatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən REDMI Turbo 4 Pro-nun əsas fərqləndirici tərəflərindən biri onun batareyası olacaq.
Belə ki, smartfon 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ayın əvvəlində təqdim edilmiş REDMI Turbo 4 smartfonu 6550 mAh enerji tutumlu batareyaya sahibdir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Pro versiya 1.5K keyfiyyətli yastı ekranı əldə edəcək və Snapdragon 8s Elite prosessoru vasitəsilə çalışacaq. Smartfonun arxa paneli şüşə material ilə əhatə olunacaq. Çox güman ki, onun gövdə ətrafı çərçivəsi metal materialdan hazırlanmış olacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
