Logo
    main-post-cover

    Təqdimatdan 1 gün qabaq Honor GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    22.04.2025
         Honor şirkəti artıq sabah Honor GT Pro adlı yeni flaqman smartfonunu təqdim edəcək. Qeyd etmək lazımdır ki, Honor GT modeli keçən ilin dekabr ayında təqdim olunmuşdu. Yeni smartfonun təqdimatına 1 gün qalmış şirkət onun hansı prosessor vasitəsilə çalışacağını və hansı həcmdə batareyanı əldə edəcəyini açıqlayıb. Beləliklə təqdim edilmiş posterlərdən birinə əsasən Honor GT Pro smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Smartfonun batareyasına gəldikdə isə ikinci posterdə qeyd edilib ki, o özündə 7200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bunun sayəsində smartfon 10 saata qədər mobil oyun təcrübəsini təklif edə biləcək. Bundan əlavə olaraq qeyd edilib ki, Honor GT Pro-nun ekranı 144 Hz-lik təsvir yenilənməsi dəstəyinə sahib olacaq.
    Mənbə: GSMarena

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Təqdimatdan 1 gün qabaq Honor GT Pro-nun prosessoru və batareya həcmi rəsmi şəkildə açıqlanıb | Technote