main-post-cover

    Xiaomi CIVI 4-ün hansı prosessora sahib olacağı açıqlanıb

    Cihazlar+
    30.11.2023
    Emil Nəcəfov
         Xiaomi şirkəti CIVI smartfon seriyasının yeni modeli üzərində çalışır. Söhbət, Xiaomi CIVI 4-dən gedir. İndi isə insayderlər sözügedən yeni smartfonun hansı prosessor vasitəsilə çalışacağını açıqlayıblar. Onların sözlərinə əsasən Xiaomi CIVI 4 smartfonu MediaTek Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Xiaomi CIVI 3 smartfonu Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışır. Dimensity 8300 Ultra-ya gəldikdə isə o, dünən təqdim edilmiş Redmi K70E smartfonuna quraşdırılıb. İnsayderlər Xiaomi CIVI 4 barəsində digər bir məlumat verməyiblər. Lakin güman etmək olar ki, smartfon yüksək təsvir yenilənməsinə sahib OLED ekranı və üçlü arxa kameranı əldə edəcək. Çox güman ki, Xiaomi CIVI 4 gələn ilin birinci yarısında təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder Xiaomi 14 Ultra-nın kameraları barəsində məlumatlar verib
    meshur-insayder-xiaomi-14-ultra-nin-kameralari-baresinde-melumatlar-verib
    RedmiBook 14 (2024) və RedmiBook 16 (2024) noutbukları təqdim edilib - QİYMƏTİ
    redmibook-14-2024-ve-redmibook-16-2024-noutbuklari-teqdim-edilib-qiymeti
    Redmi Buds 5 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    redmi-buds-5-pro-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Redmi Watch 4 smart saatı təqdim edilib - QİYMƏTİ
    redmi-watch-4-smart-saati-teqdim-edilib-qiymeti
    Redmi K70, K70 Pro və K70E təqdim olunub - QİYMƏTİ
    redmi-k70-k70-pro-ve-k70e-teqdim-olunub-qiymeti