main-post-cover

    Google Bard çat-botu Youtube videolarını analiz etməyi öyrənib

    Proqram Təminatı
    Servislər
    24.11.2023
    Farid Pardashunas
         Son zasmanlarda Google şirkəti özünün süni zəka əsaslı Bard çat-botunu təkmilləşdirməklə məşğuldur. Çat-bot üçün təqdim edilmiş yenilənmə özündə Youtube videolarının analizi funksiyasını birləşdirir. Bu funksiya sayəsində istifadəçi bu ya digər Youtube videosundan konkret məlumatı əldə edə biləcək. Sözügedən funksiyanın istifadə nümunəsi kimi Espresso Martini adlı kokteylin reseptini özündə birləşdirən video istifadə edilib.
         Bard videonu analiz edərək onun tərkib hissəsindəki vacib məlumatları əldə edib. Bura həmçinin kokteylin hazırlanmasında istifadə edilən məhsullar və kokteylin hazırlanma təlimatı da daxil olub. Lakin bununla belə məlumatlarda Bard tərəfindən əlavə edilmiş lazımsız təlimat da yer alıb. Məsələn çat-bot kokteyli 30 saniyə ərzində silkələmək təlimatını qeyd edib. Halbuki videonun özündə belə bir təlimat yer almayıb. Hal hazırda Google Bard-ın sözügedən funksiyası təcrübi mərhələdən keçir və o, hamı üçün istifadəyə verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Reklam bloklayıcılı brauzerlərdə Youtube videoları daha ləng işə düşürlər
    reklam-bloklayicili-brauzerlerde-youtube-videolari-daha-leng-ise-dusurler
    Google Photos-da yeni süni zəka funksiyaları istifadəyə verilib
    google-photos-da-yeni-suni-zeka-funksiyalari-istifadeye-verilib
    Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb
    hava-seraitini-10-gun-onceden-deqiq-proqnozlasdiran-suni-zeka-sistemi-hazirlanib
    Güclü Tensor prosessorlarının tətbiqinə Google Pixel 10 smartfonlarından start veriləcək
    guclu-tensor-prosessorlarinin-tetbiqine-google-pixel-10-smartfonlarindan-start-verilecek
    Google Pixel 8a-nın maket fotoları ortaya çıxıb
    google-pixel-8a-nin-maket-fotolari-ortaya-cixib