Logo
    Samsung One UI 9.5-də fotoya başqa bucaqdan baxmağı sınaqdan keçirir

    Samsung One UI 9.5-də fotoya başqa bucaqdan baxmağı sınaqdan keçirir

        “Samsung” çəkilmiş fotoya başqa bucaqdan baxmaq üçün yeni funksiyanı sınaqdan keçirir. “One UI 9.5” beta versiyasının kodunda “Recompose” adlı alətə istinadlar tapılıb. Funksiya “Photo Editor” tətbiqindəki “Move” aləti əsasında hazırlanır. Fotonu redaktə edərkən bu 2 rejim arasında keçid etmək olacaq.
        Sınaq versiyasındakı təlimata görə, fotonun baxış bucağını dəyişmək üçün barmağı ekranda sürüşdürmək kifayətdir. 2 barmaqla görüntünü yerindən tərpətmək, yaxınlaşdırmaq və döndərmək olar. Ekrandakı sürgü ilə arxa plandakı obyektləri olduğundan daha yaxın və ya uzaq göstərmək də olacaq.
        Məlumata görə, funksiya ayrıca “Spatial Core” tətbiqi ilə işləyəcək. Tətbiq fotodakı obyektlərin kameradan nə qədər uzaqda olduğunu göstərən dərinlik xəritəsinə əsasən görüntünün 3 ölçülü modelini quracaq. Həmin modeldə baxış bucağını dəyişib eyni kadrı başqa tərəfdən görmək olacaq.
        Baxış bucağı dəyişəndən sonra “Photo Editor” fotonu emal üçün bulud xidmətinə göndərəcək. Süni intellekt yeni bucaqdan görünən, amma ilkin kadrda olmayan hissələr üçün görüntü yaradıb boşluqları dolduracaq. “Photo Assistant” bölməsindəki yerdəyişdirmə və silmə ayarlarında da fotonun baxış bucağını dəyişməkdən və görüntüdə obyektlərin nə qədər yaxın və ya uzaq göründüyünü tənzimləməkdən bəhs olunur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...