Logo
    Qobuz musiqi xidməti süni intellektlə hazırlanan mahnılara işarə əlavə edir

    Qobuz musiqi xidməti süni intellektlə hazırlanan mahnılara işarə əlavə edir

        “Qobuz” süni intellektlə yaradıldığını müəyyən etdiyi musiqilərə xüsusi işarə əlavə etməyə başlayır. Etiket dinləyiciyə mahnının süni intellektlə hazırlandığını açıq göstərəcək. İşarə yalnız virtual ifaçıların əsərlərinə aid olmayacaq. Süni intellektdən yararlanan real sənətçilərin mahnıları da işarələnə bilər. “Spotify”dəki könüllü süni intellekt personajı nişanından fərqli olaraq, “Qobuz”un işarəsi platformanın öz yoxlamasına əsaslanır.
    Qobuz musiqi xidməti süni intellektlə hazırlanan mahnılara işarə əlavə edir
        Şirkətin rəqəmlərinə görə, süni intellektlə yaradılan musiqi böyük maraq görmür. “Qobuz”da bütün dinləmələrin cəmi 0,38 faizi belə treklərin payına düşür. Yəni hər 263 dinləmədən yalnız 1-i süni intellektlə yaradılan mahnıdır. Bu nəticə AI ifaçılarının uğuru barədə yayılan ayrı-ayrı xəbərlərin ümumi vəziyyəti göstərmədiyini ortaya qoyur.
        Süni intellektlə yaradılan albomların 3-də 1-dən çoxu heç 1 dəfə də dinlənməyib. Söhbət təxminən 4 milyon mahnıdan gedir. “Qobuz” həmin trekləri kataloqundan çıxarıb. Belə əsərlər platformanın kataloqunu doldursa da, real dinləyici toplaya bilməyib. Rəqəmlər kütləvi şəkildə hazırlanan AI musiqisinin böyük hissəsinin diqqətdən kənarda qaldığını göstərir.
    Qobuz musiqi xidməti süni intellektlə hazırlanan mahnılara işarə əlavə edir
        Bundan başqa, AI musiqisinin 60 faizi “Qobuz”un fırıldaqçılığa qarşı sistemi tərəfindən gəlirdən məhrum edilir. Həmin treklər dinlənsə də, yaradıcılarına ödəniş verilmir. Yoxlama şirkətin fevralda açıqladığı süni intellekt xartiyasının qaydalarına əsaslanır. Sistem yalnız pul qazanmaq məqsədilə avtomatik hazırlanan musiqiləri müəyyən etməyə çalışır.
        Başqa musiqi xidmətləri də oxşar addımlar atır. “Tidal” AI musiqisinə müəllif ödənişi vermir. “Deezer” belə trekləri axtarış nəticələrindən çıxaran filtr yaradıb. “Spotify” də “Meta”nın “Muse” adlı AI agentini xidmətinə qoşub. Bu alətlə səsli əmr verərək mahnı növbəsini və pleylistləri idarə etmək, yeni pleylist yaratmaq, eləcə də musiqi üçün səsləndirmə cədvəli qurmaq olur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...