
Apple 700 nəfər işçini ixtisar edib
Tech-Biznes
05.04.2024
Farid
Apple şirkəti çoxlu sayda işçinin ixtisar olunduğunu rəsmi şəkildə təsdiqləyib. Məlumata əsasən şirkət ümumilikdə 700 nəfər işçini işdən azad edib. Bu, Apple şirkətinin elektromobil layihəsini ləğv etməsindən və micro-LED ekranların hazırlanması mövzusunda şirkətin öz strategiyasına yenidən nəzər yetirməsindən sonra baş verib. Məlumata əsasən işdən azad edilmiş işçilər arasında LuxVue Technology şirkətində çalışmış şəxslər də olub.
Qeyd etmək lazımdır ki, LuxVue Technology şirkəti Apple tərəfindən 2014-cü ildə alınıb və micro-LED ekranların hazırlanması üzərində çalışıb. Lakin Apple şirkətinin micro-LED ekranlardan imtina etməsi nəticəsində LuxVue Technology digər istiqamət üzrə fəaliyyətini davam etdirir. İxtisar olunmuş işçilər arasında həmçinin Siri səsli köməkçisinin məlumatlarının emalı ilə məşğul olmuş şəxslər də olub.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
