Logo
    main-post-cover

    Apple daha bir süni zəka startapını alıb

    Tech-Biznes
    18.03.2024
    Emil
         Apple şirkəti Kanadanın DarwinAI adlı startapını əldə edib. Sözügedən startap istehsalat proseslərində effektivliyin yüksəlməsi məqsədilə computer vision süni zəka texnologiyaları ilə çalışır. Tərəflərdən heç biri bu məlumatı təsdiqləməsə də məlum olub ki, DarwinAI startapının bir sıra əməkdaşı yanvar ayında Apple şirkətinin machine learning komandasına qoşulub.
         Sözügedən startap zamanında BDC Capital, Honeywell Ventures, Obvious Ventures Inovia Capital kimi fondlardan ümumilikdə 15 milyon dollar investisiya əldə edib. BDC Capital və Obvious Ventures fondları bildiriblər ki, onlar startapın satılmasından sonra bu investisiya raundundan çıxıblar. Bloomberg-in vermiş olduğu məlumata əsasən DarwinAI texnologiyaları süni zəka modellərini daha kompakt və sürətli edə biləcəklər. Bu isə öz növbəsində Apple şirkətinə bu il ərzində iOS 18 tərkibində süni zəka funksiyalarını işə salmaqda yardımçı olacaq.
    Paylaş