Logo
    main-post-cover

    Apple-ın bazar dəyəri 4 trilyon dollara çatıb

    Tech-Biznes
    30.10.2025
    Emil
         Apple mühüm bir mərhələyə çatıb: şirkətin bazar dəyəri ilk dəfə 4 trilyon dollar həddinə yüksəlib. Mütəxəssislərin fikrincə, bu artım əsasən iPhone 17 seriyasının uğurlu satışa çıxarılması ilə bağlıdır. Apple 3 dəfə birja rekorduna imza atıb - 2018-ci ildə 1 trilyon, 2020-ci ildə 2 trilyon, 2022-ci ildə isə 3 trilyon dollar dəyərə çatmış ilk şirkət olub. Lakin hazırda Apple NVIDIA Microsoft-dan sonra yalnız üçüncü yerdə qərarlaşıb - bu iki şirkət hələ iyul ayında 4 trilyon dollar həddini keçmişdi. Apple hələlik ticarət gününü 4 trilyon dollar dəyəri ilə bağlamayıb. Qısa müddət bu səviyyəyə çatsa da, səhmlərin qiyməti sonradan yenidən 3 trilyon dollar aralığının yuxarı həddinə qayıdıb. Bazar kapitallaşmasının dəyişkən göstəricisi özlüyündə ciddi əhəmiyyət daşımır, lakin bu trilyonlu mərhələlərin bir neçə simvolik və praktik funksiyası var:
    - Birincisi, bu göstərici investorlar üçün açıq siqnaldır ki, skeptiklərin tənqidlərinə baxmayaraq, Apple hələ də böyüyən şirkətdir.
    - İkincisi, bu, rəqabət mövqelərinin qiymətləndirilməsi üçün kontekst yaradır. Bəli, NVIDIA və Microsoft süni intellekt boom-unun təsiri ilə 4 trilyon həddinə daha tez çatdılar, lakin Apple-ın aparat və xidmət biznesi süni intellekt dünyasında baş verənlərdən asılı olmayaraq sabitliyini qoruyur.
    - Nəhayət, bu əlamətdar hadisənin simvolik mənası ondan ibarətdir ki, Apple hələ də öz seqmentində ən elit şirkətlərdən biri olaraq qalır. O, bəlkə də birinci deyil, amma sabitdir.
         Apple bu gün rüblük maliyyə nəticələrini açıqlamağı planlaşdırır. Hesabatda iPhone 17 modelinin satışa çıxarıldığı həftəyə dair statistik məlumatlar da yer alacaq, baxmayaraq ki, Apple satış rəqəmlərini ədəd şəklində açıqlamır. Bununla belə, iPhone üzrə rüblük gəlir iPhone 16 və iPhone 17 modellərinin satış nəticələrini müqayisə etmək üçün göstərici rolunu oynayacaq.
    Paylaş