main-post-cover

    Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib

    Tech-Biznes
    03.12.2024
    Emil Nəcəfov
        Apple əməkdaşlarından biri şirkəti məhkəməyə verib. Şirkəti məhkəməyə vermiş əməkdaşın sözlərinə əsasən Apple öz əməkdaşlarını təkcə iş zamanı deyil, şirkətdən kənarda da izləyir. Şirkətə qarşı məhkəmə iddiasını Amar Bhakta adlı Apple əməkdaşı qaldırıb. Amar Bhakta iddia edir ki, şirkət iPhone smartfonları da daxil olmaqla korporativ cihazlar üzərindən öz əməkdaşlarının məlumatlarını əldə edir. Məlumatda qeyd edilib ki, Apple öz əməkdaşlarına korporativ cihazlardan istifadə imkanını verməklə yanaşı onları şəxsi iPhone smartfonlarını işə gətirməyə məcbur edir.
          Belə ki, Apple işçilərin şəxsi iPhone cihazlarına şirkət daxili proqram təminatını quraşdırır. Məhkəmə iddiasında qeyd edilib ki, Apple siyasətinə əsasən bu cür cihazlarla əlaqəli olan məlumatlar (elektron poçt, foto, video, qeydlər və s.) Apple tərəfindən ola biləcək axtarış proseslərində istifadə edilə bilər. Bununla yanaşı şirkət daxilində şəxsi iPhone-dan istifadə edən işçilər smartfonlarında iCloud hesablarına daxil olmalıdırlar. Bu isə öz növbəsində bu və ya digər işçinin iş yerində olmadığı halda şirkətə onun yerləşdiyi yer və başqa məlumatlarını əldə etməyə imkan verir.
         Məhkəmə iddiasını qaldırmış Amar Bhakta əmindir ki, Apple öz əməkdaşlarından şirkət siyasətinə riayət etməyi tələb etməklə Kaliforniya ştatının qanunlarını pozur. Məsələ burasındadır ki, şirkətin siyasəti ona əməkdaşların fiziki, video və elektron poçt vasitəsilə izlənməsi və o cümlədən onların cihazlarındakı məlumatların axtarışı imkanını verir. Apple öz növbəsində qeyd edilmiş məlumatları təkzib edib və onları əsassız adlandırıb. Maraqlısı ondadır ki, bu, Apple şirkətinin daxili qaydaları ilə bağlı ilk hadisə deyil. Belə ki, hələ 2021-ci ildə kütləvi informasiya vasitələri xəbər vermişdilər ki, Apple öz işçilərinə işdə istifadə olunan cihazlarda fərdi hesablara daxil olmağa məcbur edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple-ın yeni patentinə görə, iPhone-lara birdən çox "Action" düyməsi gələ bilər!
    apple-in-yeni-patentine-gore-iphone-lara-birden-cox-action-duymesi-gele-biler
    Apple artıq M5 prosessorlarının istehsalını sifariş verib
    apple-artiq-m5-prosessorlarinin-istehsalini-sifaris-verib
    Apple smart qolbağını patentləşdirib
    apple-smart-qolbagini-patentlesdirib
    Apple smart saatlar üçün qan təzyiqinin yeni ölçülməsi üsulunu patentləşdirib
    apple-smart-saatlar-ucun-qan-tezyiqinin-yeni-olculmesi-usulunu-patentlesdirib
    Apple Vision Pro-nun hazırlanmasına 15 il vaxt sərf edilib
    apple-vision-pro-nun-hazirlanmasina-15-il-vaxt-serf-edilib