
Apple servislər sayəsində 100 milyard dollar gəlir əldə edib
Tech-Biznes
31.01.2025
Emil
iPhone satışlarının azalmasına baxmayaraq, Apple şirkətinin xidmətlər bölməsi (App Store, iCloud, Music, TV+ və digər abunəliklər) sürətlə böyüməyə davam edir. Şirkət 28 dekabrda başa çatmış növbəti rübündə xidmət sektorunun rekord həddə - 26.3 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14% artım deməkdir. Son 1 il ərzində şirkətin xidmətlərdən əldə etmiş olduğu ümumi gəlir 100 milyard dollara yaxınlaşıb. Bundan əlavə, App Store da daxil olmaqla, Apple xidmətlərinə abunə olmuş aktiv istifadəçilərin sayı 1 milyardı ötüb.
Apple şirkətinin abunəliklərə yönəlmiş strategiyası istifadəçilərin sayında və gəlirlərdə iki rəqəmli faiz artımı ilə nəticələnib. Bu böyümənin əsas səbəbləri bunlardır:
- Apple Arcade servisinin genişləndirilməsi və ona yeni oyunların əlavə edilməsi
- Fitness+ platformasının yeni məşq proqramları təqdim etməsi
- iPhone üçün "Tap to Pay" funksiyasının artıq 20 ölkədə istifadəyə verilməsi.

İnvestorlar, şirkətin xidmət gəlirlərinə qanunvericilik dəyişikliklərinin təsir edib-etməyəcəyini öyrənməyə çalışıblar. Lakin şirkətin maliyyə direktoru Kevan Parex bu suala birbaşa cavab verməkdən çəkinib. O, yalnız Apple-ın xidmət bölməsinin yüksək maliyyə göstəricilər nümayiş etdirdiyini və istifadəçi sayının artmağa davam etdiyini qeyd edib. Apple, antimonopoliya məhkəmələrində öz mövqeyini qorumağa davam edir.
Xatırladaq ki, ötən il ABŞ-ın Ali Məhkəməsi Epic Games-in Apple şirkətinə qarşı iddiasını yenidən nəzərdən keçirməkdən imtina edib və Apple-ın monopolist olmadığını təsdiqləyən qərarı qüvvədə saxlayıb. Lakin məhkəmə Apple-ı, tətbiq tərtibatçılarına ödənişlər üçün digər ödəniş servislərindən istifadəyə icazə verməyə məcbur edib. Bu, gələcəkdə Apple-ın xidmət gəlirlərinə mənfi təsir göstərə bilər.
Mənbə: Apple
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
