Logo
    main-post-cover

    Apple şirkətinə qarşı 1 milyard dollar dəyərində məhkəmə iddiası qaldırılıb

    Tech-Biznes
    16.04.2024
    Farid
         Apple şirkətini növbəti məhkəmə işi gözləyir. Səbəb isə şirkətin App Store platformasına yerləşdirilən tətbiqlərin tərtibatçıları üçün təyin olunmuş yüksək komissiya məbləği və şirkətin monopoliyasıdır. Nəticədə 1500 nəfər britaniyalı tərtibatçı Apple şirkətinə qarşı 1 milyard dollar dəyərində məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasında qeyd edilib ki, Apple tətbiqlərin və digər kontentlərin alışı səbəbilə tərtibatçılardan ədalətli olmayan 30%-lik komissiya ödənişi alıb. Tərtibatçıların sözlərinə əsasən Apple iPhone və digər cihazları üçün tətbiqlərin yayılması bazarındakı dominant vəziyyətindən sui-istifadə edir. Bu səbəbdən də tərtibatçılar şirkətdən təzminat tələb edirlər. Daha öncə Apple bu məhkəmə iddiasının ləğv edilməsinə səy göstərirdi. Lakin məhkəmənin qərarı ilə tərtibatçılar tərəfindən bu cür məhkəmə iddiası qaldırıla bilər. Çox güman ki, bu mövzu ətrafında məhkəmə prosesinə artıq gələn il start veriləcək
    Paylaş