Logo
    main-post-cover

    Apple şirkətinin bazar dəyəri 4 trilyon dollar təşkil edə bilər

    Tech-Biznes
    28.12.2024
    Emil
          Apple dünyada 4 trilyon dollarlıq bazar dəyərinə sahib ilk şirkət ola bilər. Apple şirkətinin səhmlərinin ümumi dəyəri 2024-cü il ərzində 40% yüksəldi. 27 dekabr tarixinin səhərinə olan statistikaya əsasən şirkətin bazar dəyəri 3.92 trilyon dollar təşkil edirdi. Lakin daha sonra şirkətin bazar dəyərində bir qədər düşüş müşahidə edildi və hal-hazırda onun bazar dəyəri 3.86 trilyon dollar təşkil edir. Lakin bununla belə şirkətin 4 trilyon dollarlıq bazar dəyəri göstəricisinə çatmasına çox az qalıb.
         Məlumata əsasən şirkətin bazar dəyərinin artmasının əsas səbəbləri iPhone-lara olan stabil tələbat və Apple Intelligence ekosistemi barəsində müsbət gözləntilərdir. Analitiklər bildiriblər ki, Apple süni zəka inkişafı sayəsində böyümənin yeni aktiv mərhələsində keçid edib. Bəzi analitiklərin fikirlərinə əsasən Apple Intelligence ekosistemi şirkətin böyüməsinin əsas faktoru rolunda çıxış edəcək. Məhz bu səbəbdən onlar bir Apple səhminin dəyərinin 325$ təşkil edəcəyini proqnozlaşdırırlar.
    Paylaş