
Apple süni zəka sahəsində fəaliyyət göstərən Datakalab adlı startapı alıb
Tech-Biznes
24.04.2024
Farid
Verilmiş məlumata əsasən Apple şirkəti Fransanın Datakalab adlı startapını əldə edib. Sözügedən startap süni zəka məlumatlarının sıxılması və computer vision texnologiyaları ilə bağlı sahələrdə fəaliyyət göstərir. Məlumatda qeyd edilib ki, tərəflər arasında müqavilə hələ keçən ilin dekabr ayında bağlanıb. Datakalab aşağı enerji sərfiyyatlı deep learning alqoritmləri sahəsində təkmilləşmiş startapdır. O, süni zəka məlumatlarının sıxılması texnologiyalarının və müxtəlif cihazlarda istifadə üçün nəzərdə tutulmuş computer vision sistemlərinin hazırlanması ilə məşğul olur. Apple tərəfindən alınmamışdan öncə Datakalab-da 10-20 nəfər işçi çalışıb.
Daha öncə sözügedən startap Fransa hökuməti ilə əməkdaşlıq edib və bu əməkdaşlıq çərçivəsində Parisin nəqliyyat sisteminə süni zəka imkanlarını əlavə edib. Əlavə edilmiş süni zəka imkanları isə rəsmi dövlət orqanları tərəfindən insanların qoruyucu tibbi maskadan istifadə edib-etmədiklərini nəzarətdə saxlamaq üçün istifadə edilib. Qeyd etmək lazımdır ki, tərəflər arasında bu müqavilə Apple şirkətinin yaxın zamanda iOS 18 tərkibində süni zəka funksiyalarını təqdim edəcəyi barəsində məlumatlaın ortaya çıxması fonunda baş tutub. Datakalab-ın computer vision texnologiyaları Apple şirkətinin süni zəka ilə bağlı iddialı planlarında geniş istifadə oluna bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
