main-post-cover

    ChatGPT dəstəkli AI Pin cihazının yaradıcısı Humane şirkəti özünə alıcı axtarır

    Tech-Biznes
    24.05.2024
    Emil Nəcəfov
         Süni zəka əsaslı aparat təminatı sahəsində fəaliyyət göstərən və Apple şirkətinin keçmiş əməkdaşları tərəfindən təsis edilmiş Humane adlı şirkət keçən ilin noyabr ayında ChatGPT dəstəkli cihazını təqdim etmişdi. Söhbət AI Pin adlı cihazdan gedir. Lakin görünür sözügedən cihaz satışlar mövzusunda uğursuz olub. Belə ki, Humane şirkəti özü üçün alıcı axtarışındadır. Məlumata əsasən şirkət 1 milyard dollar müqabilində satılmağa razıdır. Kameralara və ChatGPT dəstəyinə sahib olan, istifadəçinin hər bir sualına cavab verə bilən və istifadəçinin onu hər zaman yanında daşıması mümkün olan bir cihaz maraqlı, heyrətləndirici və rahat səslənir.
         Lakin AI Pin cihazı halında sadalanmış bütün bu imkanlar heç də keyfiyyətli şəkildə reallaşdırılmadı. Belə ki, cihaz tez-tez qızma problemi ilə qarşılaşır və istifadəçinin ən sadə suallarına belə cavab vermir. Üstəlik cihazın istifadəçi əlinə proyeksiya üsulu heç də rahat olmayan kommunikasiya üsulu hesab edildi. Bütün bunlar yetməmiş kimi cihaz bir dəfə şarj olunandan sonra cəmi 1 saat ərzində çalışır. Bütün bu mənfi özəlliklər AI Pin adlı cihazın uğursuzluğuna səbəb oldular. Humane şirkətinin özünə alıcı axtarışında olması da şirkət mütəxəssislərinin AI Pin-in uğursuz məhsul olduğuna inandıqlarını göstərir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, əl ilə bütün ev cihazlarını idarə etməyə imkan verən texnologiyanı patentləşdirib!
    apple-el-ile-butun-ev-cihazlarini-idare-etmeye-imkan-veren-texnologiyani-patentlesdirib
    Smartfonları əvəz edəcək ChatGPT dəstəkli AI Pin adlı cihaz təqdim edilib - QİYMƏTİ (VİDEO)
    smartfonlari-evez-edecek-chatgpt-destekli-ai-pin-adli-cihaz-teqdim-edilib-qiymeti-video