Logo
    main-post-cover

    Elon Musk öz siyasi partiyasını yaratdığını elan edib

    Tech-Biznes
    07.07.2025
    Emil
         Tesla SpaceX kimi şirkətlərin sahibi Elon Musk yeni siyasi partiyanın yaranması ilə bağlı elan verib. Amerikalı milyarder şəxsi hesabında paylaşım edərək oxucuları ABŞ-da əslində demokratiyanın mövcud olmadığına, amma təkpartiyalı sistemin olduğuna inandığını bildirib. ABŞ-da azadlığa aparacaq bir yol kimi Musk “Amerika Partiyası”nın yaradıldığını elan edib. Qeyd edək ki, Musk Ağ Evin rəhbəri Donald Trump ilə açıq şəkildə mübahisə edib.
         Halbuki ötən ilin yazına qədər dünyanın ən varlı adamı Trump-ı seçki kampaniyasının bütün mərhələlərində fəal şəkildə dəstəkləyib və Trump-ın yeni prezidentlik dövrünün ilk aylarında ona yardım edib. Lakin sonradan Musk Vaşinqton administrasiyasının yeni qanun layihələrini hədəfə alaraq ard-arda sərt tənqidlər səsləndirdi. Bundan sonra 79 yaşlı siyasətçi açıq şəkildə bildirdi ki, iş adamı həm müqavilələrdən, həm də dəstəkdən məhrum qala bilər, vəziyyət çox irəliləyərsə, Musk deportasiya olunan şəxslər arasında da yer ala bilər.
    Paylaş