Elon Musk öz universitetini yaradacaq
Tech-Biznes
14.12.2023
Emil Nəcəfov
Marsda insan koloniyası arzusu ilə yaşayan insanın daha nə kimi iddialı məqsədləri ola bilər? Məlum olub ki, Elon Musk öz universitetini işə salmağa hədəflənib. Məlumata əsasən işə salınacaq universitetdə əsas diqqət STEM-ə (təbiət elmləri, texnologiyalar, mühəndislik və riyaziyyat) ayrılacaq. Bütün bunlar Musk tərəfindən təsis edilmiş The Foundation adlı xeyriyyəçilik təşkilatının vergi bəyannaməsi sayəsində məlum olub.
Məlumatda qeyd edilib ki, Musk-ın bu layihəsi özündə ilk növbədə ibtidai və orta məktəbləri birləşdirəcək. Yekun məqsəd isə yüksək səviyyəli təhsili təmin edəcək universitetin yaradılmasıdır. Universitet Texas ştatının Ostin şəhərində yerləşəcək. Musk artıq sözügedən layihəyə 100 milyon dollar investisiya yatırıb. Sənədlərdəki məlumatlara əsasən universitetdə təcrübəli professorlar çalışacaq və tələbələrin özləri ənənəvi təhsil proqramı ilə yanaşı praktik təlimlərdən də keçəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk-ın xAI şirkəti 1 milyard dollar investisiya cəlb etməyi hədəfləyib
Elon Musk-ın xAI şirkəti 1 milyard dollar investisiya cəlb etməyi hədəfləyib
Elon Musk bu il xAI adlı yeni şirkətini təsis etdi. Sözügedən şirkət süni zəka sahəsində fəaliyyət göstərir.
Elon Musk-ın xAI şirkəti öz ilk süni zəka əsaslı çat-botunu təqdim edib
Elon Musk-ın xAI şirkəti öz ilk süni zəka əsaslı çat-botunu təqdim edib
Elon Musk-ın süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı Grok adlı süni əsaslı çat-botunu təqdim edib.
Elon Musk-ın xAI şirkəti artıq bugün ilk süni zəka modelini istifadəyə verəcək
Elon Musk-ın xAI şirkəti artıq bugün ilk süni zəka modelini istifadəyə verəcək
Elon Musk-a məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı öz ilk süni zəka modelini seçilmiş istifadəçilər qrupu arasında istifadəyə verəcək.
Elon Musk: "Süni zəka səbəbilə insanların gələcəkdə çalışmalarına ehtiyac qalmayacaq"
Elon Musk: "Süni zəka səbəbilə insanların gələcəkdə çalışmalarına ehtiyac qalmayacaq"
Elon Musk-ın fikrincə süni zəkanın inkişafı nəticəsində insanların çalışmalarına ehtiyac qalmayacaq.
Elon Musk-ın fikrincə "ekoloji" süni zəka insanları məhv edə bilər
Elon Musk-ın fikrincə "ekoloji" süni zəka insanları məhv edə bilər
Elon Musk xəbərdarlıq edib ki, ekoloji hərəkat nümayəndələri tərəfindən proqramlaşdırılmış süni zəka insanların məhvinə səbəb ola bilər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!