
Elon Musk qeyri-leqal çalışmada şübhəli bilinir
Tech-Biznes
01.11.2024
Emil
The Washington Post-un vermiş olduğu məlumata əsasən Elon Musk zamanında Kaliforniya ştatında aspirantura proqramından imtina edəndən sonra müəyyən müddət ərzində qeyri-leqal şəkildə çalışıb. Musk 1995-ci ildə Stenford Universitetində təhsilini dayandırdıqdan sonra özünün Zip2 adlı şirkətində çalışmağa başladı. 4 ildən sonra isə sözügedən şirkət 300 milyon dollara satıldı. Hüquq mütəxəssislərinin sözlərinə əsasən xarici tələbə hətta ödəniş almadığı halda belə təhsilini dayandırıb şirkət təsis etmək hüququna sahib deyil. Xarici tələbə dedikdə qeyd etmək lazımdır ki, Musk, Cənubi Afrikada doğulub və orada böyüyüb. Daha sonra isə o, ABŞ-a yollanıb.
Musk daha öncə bildirmişdi ki, onun tələbəlikdən sahibkarlığa keçidi qanuni boz sahə idi. The Washington Post bildirib ki, Musk çox güman ki, müvafiq icazənin olmadığı halda çalışırdı. Qanuni boz sahə dedikdə isə qanunların tam aydın olmadığı və ya tənzimlənməyən vəziyyət nəzərdə tutulur. Belə hallarda bu və ya digər vəziyyətin qanuni və ya qeyri-qanuni olduğuna işarə edə biləcək konkret faktorlar yoxdur. Donald Trump-ın yenidən prezident seçiləcəyi təqdirdə Musk-ı öz prezident administrasiyasında görmək istəməsini qeyd edəndən sonra Musk-ın immiqrasiya statusu diqqət mərkəzinə çevrildi. Musk fərdi immiqrasiya təcrübəsinə baxmayaraq Trump-ın anti-immiqrasiya siyasətini dəstəkləyir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
