
Google öz biznesinin potensial bölünməsinə qaşıdır
Tech-Biznes
22.04.2025
Emil
Bu həftə ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı açdığı antiinhisar işi üzrə məhkəmə prosesi başlayıb. Şirkət internet axtarış bazarında monopoliyanı formalaşdırmaqda ittiham olunur. Bu, texnologiya sənayesində son illərin ən əhəmiyyətli məhkəmə proseslərindən biri sayılır. Belə ki, prosesin nəticəsində məhkəmə İT nəhəngi olan Google-u Chrome brauzerini satmağa məcbur edə bilər və bu da Silikon Vadisində qüvvələr balansını ciddi şəkildə dəyişə bilər. Ədliyyə Nazirliyi həftənin əvvəlində keçirilmiş məhkəmə iclasında çıxışı zamanı Google-un internet brauzerini satmasını və axtarış məlumatlarını rəqiblər üçün əlçatan etməsini tələb edib.

Google isə bu bəyanata tez cavab verərək öz bloqunda bildirib ki, belə bir addım ABŞ-ın maraqlarına uyğun deyil, xüsusilə də süni zəka sahəsindəki liderlik uğrunda mübarizənin kəskinləşdiyi bir vaxtda. Google-un açıqlamasında Çin şirkəti DeepSeek süni zəka sahəsində əsas rəqiblərdən biri kimi göstərilib. Google-un tənzimləmə məsələləri üzrə vitse-prezidenti Lee-Anne Mulholland bəyan edib ki, Ədliyyə Nazirliyinin təklifi “süni zəkanın inkişafını çətinləşdirəcək” və hökumət tərəfindən təyin olunan komitə şirkətin məhsullarının layihələndirilməsi və hazırlanmasına nəzarət edəcək.
“O, həmçinin ABŞ innovasiyalarını kritik bir məqamda ləngidəcək. Biz texnoloji liderlik uğrunda Çinlə sərt rəqabət aparırıq və Google elmi və texnoloji irəliləyişlər edən Amerika şirkətlərinin önündə gedir” - deyə o, əlavə edib. Google, prezident Donald Trump-ın administrasiyası tərəfindən irəli sürülən və əvvəlki prezidentin dövründə başlanmış antiinhisar fəaliyyətlərinə qarşı çıxmağa çalışan bir çox texnologiya şirkətindən biridir. Bu ayın əvvəlində Google başqa bir məhkəmə prosesində uduzub - həmin iş çərçivəsində məhkəmə şirkəti onlayn reklam bazarının bəzi seqmentlərində monopolist kimi tanıyıb.

Apple, Meta Platforms və Amazon kimi digər İT şirkətləri də müxtəlif sahələrdə monopol mövqe əldə etməkdə və onu qoruyub saxlamaqda ittiham olunurlar. Məsələn, Federal Ticarət Komissiyası Meta-nı sosial şəbəkələr bazarını monopoliyaya almaqda ittiham edib və şirkətin Instagram və WhatsApp platformalarını almasının qanuniliyini sual altına alıb. Bundan əlavə, Federal Ticarət Komissiyası Uber şirkətini müştəriləri hesab-faktura təqdimatında aldatmaqda və abunəliklərin ləğvində qeyri-şəffaflıqda günahlandıraraq məhkəməyə verib. Google-a gəlincə, şirkət ötən ilin avqust ayında onlayn axtarış sahəsində monopolist olaraq tanınıb.
İndi isə məhkəmə bu seqmentdə vəziyyəti dəyişə biləcək tədbirlər barədə tərəflərin təkliflərini dinləyir. Dinləmələr 3 həftə davam edəcək və yekun qərar yay sonunda hakim tərəfindən elan ediləcək. Əgər Google məhkəməni uduzarsa, apellyasiyaya müraciət etmək hüququna sahib olacaq. Məhkəmədə Google sübut etməyə çalışacaq ki, Chrome insanlara internetə çıxış imkanı verir və tətbiqin açıq mənbə kodundan digər tərtibatçılar da istifadə edir. Google hesab edir ki, Ədliyyə Nazirliyinin axtarış məlumatlarını digər şirkətlər üçün açmaq təklifi “yalnız kibertəhlükəsizlik və hətta milli təhlükəsizlik üçün risklər yaratmayacaq, həm də istifadəçilər üçün xidmətlərin dəyərini artıracaq”. Google-un əsas məqsədi odur ki, şirkət ABŞ innovasiyaları üçün vacib hesab olunsun, lakin o qədər də vacib sayılmasın ki, digər şirkətlər onunla rəqabət apara bilməsin.
Mənbə: CNBC
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Google şirkətinin potensial bölünməsinə istiqamətlənmiş məhkəmə prosesinə start verilib
ABŞ Ədliyyə Nazirliyi Google-a qarşı aparılan antiinhisar məhkəmə işində bəyan edib ki, internet axtarış sahəsindəki inhisarçılıq problemini həll etməyin ən yaxşı yolu 1.81 trilyon dollar dəyərində olan şirkətin bölünməsidir.

Proqram Təminatı
Google Gemini Live bütün Android istifadəçiləri üçün istifadəyə verilib
Google Gemini Live funksiyasının genişləndirildiyini elan edib və bu funksiya artıq bütün Android istifadəçiləri üçün əlçatandır.

Tech-Biznes
Google rəsmi şəkildə internet-reklam sahəsində monopolist təyin edilib
ABŞ Ədliyyə Nazirliyi Google-a qarşı reklam texnologiyaları sahəsindəki inhisarçılıq ittihamı üzrə məhkəmə prosesində qalib gəlib. Məhkəmə qərar verib ki, Google qəsdən bir sıra qeyri-rəqabət yönümlü hərəkətlərdə iştirak edib və texnologiya nəhənginin bu rəqabətə zidd praktikaları müştərilərə və istifadəçilərə əhəmiyyətli zərər vurub.

Tech-Biznes
Böyük Britaniyada Google şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb
Bu həftə Böyük Britaniyanın Rəqabət üzrə Apellyasiya Məhkəməsinə Google şirkətinə qarşı 5 milyard funt sterlinq (6.6 milyard dollar) məbləğində kollektiv məhkəmə iddiası təqdim edilib.

Proqram Təminatı
Android ən çox enerji sərf edən tətbiqləri daha effektiv təyin edəcək
Əgər Android smartfonunuzun batareya enerjisi gözlənilmədən və səbəbsiz şəkildə tez tükənirsə, bu, tətbiqlərin fon rejimində işləməsi ilə bağlı ola bilər.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
