
Intel-in CEO-su Patrick Gelsinger istefaya göndərilib
Tech-Biznes
03.12.2024
Emil
Intel-in qlobal problemlərinin fonunda şirkət daxilində ciddi kadr dəyişikliyi baş verib. Belə ki, şirkətin CEO-su və direktorlar şurasının üzvü olmuş Patrick Gelsinger istefaya göndərilib. O həm şirkətin CEO vəzifəsindən həm də direktorlar şurasından kənarlaşdırılıb. Qeyd etmək lazımdır ki, Gelsinger şirkətin CEO vəzifəsində 4 il, ümumilikdə şirkətdə isə 45 il çalışdı. Intel daxilində bu qədər uzunmüddətli karyeraya baxmayaraq Gelsinger şirkətdən heç də yaxşı vəziyyətdə ayrılmadı. Məsələ burasındadır ki, o, Intel-in idarəetmə, maliyyə və istehsalat mövzularındakı böhrana səbəb olmuş problemlərini aradan qaldıra bilmədi.
Bununla belə Gelsinger şirkət daxilində irimiqyaslı yenidən təşkil proseslərini işə salmaqla problemləri aradan qaldırmağa səy göstərmişdi. Hal-hazırda Intel-in direktorlar şurası şirkətin yeni CEO-su axtarışındadır. Şirkətin yeni CEO-su vəzifəsinə uyğun namizədin seçiləcəyi müddətə kimi bu öhdəliyi iki nəfər bölüşəcək. Söhbət, şirkətin maliyyə direktoru David Zinsner və Intel Products-un rəhbəri Michelle Johnston Holthaus-dan gedir. Intel-də vəziyyətin yaxşıya doğru dəyişməsini istəyən investorlar Gelsinger-in istefasını müsbət qarşılayıblar. Belə ki, şirkətin Nyu-York birjasında səhmlərinin ümumi dəyəri 6% yüksəlib.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Qualcomm şirkəti Intel-i bütövlüklə almaq ideyasından imtina edib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Qualcomm şirkəti Intel-i almağı planlaşdırır. Bloomberg saytının təqdim etmiş olduğu yeni məlumata əsasən isə Qualcomm bu cür plandan imtina edib.

Təhlükəsizlik
Intel Çin milli təhlükəsizliyinə zərərin yetirilməsində şübhəli bilinir
Çin Kibertəhlükəsizlik Assosiasiyasının (CSAC) sözlərinə əsasən Intel şirkətinin Çində satılan məhsulları ciddi yoxlanışdan keçməlidir.

Tech-Biznes
NVIDIA CEO-sunun sərvəti Intel-in bazar dəyərindən daha böyük olub
NVIDIA 1 il ərzində öz bazar dəyərini 3 dəfə yüksəldərək dünyanın ən böyük texnoloji şirkətlərindən birinə çevrildi.

Tech-Biznes
Qualcomm şirkəti həqiqətən də Intel-i almağı planlaşdırır
Keçən həftə The Wall Street Journal xəbər verdi ki, Qualcomm şirkəti Intel-i almağı planlaşdırır.

Cihazlar+
PlayStation 6-nın hansı şirkətin prosessorunu əldə edəcəyi məlum olub
PlayStation 5 Pro-nun təqdim olunmasından sonra internetdə yenidən Sony-nin növbəti nəsil oyun konsolu barəsində söhbətlər ortaya çıxmağa başladı.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
