Logo
    main-post-cover

    İsrailin cəsus məqsədli proqram təminatlarını hazırlayan şirkəti ABŞ investisiya şirkəti tərəfindən alınıb

    Tech-Biznes
    17.12.2024
    Emil
         ABŞ-ın AE Industrial Partners adlı investisiya şirkəti İsrailin Paragon adlı şirkətini 500 milyon dollara alıb. Lakin nəticədə tərəflər arasındakı müqavilənin dəyəri 900 milyona yüksələ bilər. Bu, şirkətin nə dərəcədə böyüyəcəyindən asılı olacaq. Qeyd etmək lazımdır ki, Paragon şirkəti İsrail kəşfiyyatının keçmiş zabitləri tərəfindən təsis edilib və 2021-ci ildə o, smartfon sistemlərinin sındırılması xidmətləri ilə məşhurlaşıb. Şirkətin təqdim etdiyi xidmətlər sayəsində bu və ya digər smartfonda WhatsApp, Signal, Facebook MessengerTelegram kimi tətbiqlərə daxil olmaq mümkündür.
         Paragon-un Graphite adlı proqram təminatı məhsulu İsrailin digər buna bənzər şirkəti olan NSO Group-un Pegasus adlı proqram təminatına bənzəyir. Bu ilin oktyabr ayında Paragon şirkəti ABŞ İmmiqrasiya və Gömrük Xidməti ilə 2 milyon dollar dəyərində müqavilə bağladı. ABŞ-ın AE Industrial Partners investisiya şirkəti ilə bağlanmış müqavilə isə Paragon-a ABŞ bazarında genişlənmə imkanını verəcək. Bununla belə şirkət İsraildə fəaliyyətini davam etdirəcək və öz texnologiyalarını ABŞ-a eksport edəcək.
    Paylaş
    Bənzər xəbərlər