
Microsoft daha bir süni zəka startapı ilə sıx əməkdaşlığını elan edib
Tech-Biznes
27.02.2024
Emil
Microsoft artıq OpenAI ilə sıx əməkdaşlıq edir. Belə ki, şirkət OpenAI-ya milyardlarla dollar investisiya yatırıb. İndi isə məlum olub ki, Microsoft süni zəka sahəsində fəaliyyət göstərən daha bir şirkət ilə sıx əməkdaşlığını elan edib. Söhbət, Mistral adlı şirkətdən gedir. İki şirkət arasındakı əməkdaşlığın şərtləri barəsində məlumat verilməyib. Lakin bəzi məlumatlara əsasən Microsoft sözügedən startapa 2 milyard avro investisiya yatırmağa hazırlaşır. Tərəflər arasındakı razılaşmaya əsasən Microsoft Mistral-ın minoritar hissəsini əldə edəcək. Bununla yanaşı Microsoft Mistral-ın açıq mənbəli koda sahib və kommersiya məqsədli dil modelləri üçün Microsoft Azure AI platformasından istifadə imkanını təqdim edəcək. OpenAI ilə əməkdaşlıq kimi Mistral ilə əməkdaşlıq da aparıcı böyük dil modellərinin yaradılmasına hədəflənib.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
