
Microsoft İspaniyanın süni zəka infrastrukturuna 2 milyard dollar investisiya yatıracaq
Tech-Biznes
20.02.2024
Emil
Microsoft şirkəti növbəti bir neçə il ərzində 2 milyard dollarlıq investisiya sayəsində İspaniyadakı süni zəka infrastrukturunu genişləndirəcək. Microsoft-un prezidenti Brad Smith-in sözlərinə əsasən nəzərdə tutulmuş investisiyalar yeni data mərkəzlərinin inşasına, hökumətin rəqəmsal transformasiyasına, təhlükəsizliyə və yerli şirkətlərə yönləndiriləcək. Qeyd etmək lazımdır ki, keçən həftə Microsoft rəsmi şəkildə elan etdi ki, o, Almaniyanın süni zəka infrastrukturuna 3.2 milyard avro investisiya yatıracaq. İndi isə şirkət İspaniyanın süni zəka infrastrukturunu stimullaşdırmağa qərar verib. Microsoft bu investisiyalar vasitəsilə süni zəka infrastrukturunun iki dəfə gücləndirilməsinə hədəflənib.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
